Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

ALÜMİNİUM YARIMFABRİKAT MƏHSULLARI İSTEHSALI LAYİHƏSİ

Gəncə şəhərində həyata keçirilən Alüminium Yarımfabrikat Layihəsi - tikintisi 2013-cü ildə başa çatdırılmış iki aşağıda adı çəkilən zavodlardan ibarətdir:

1. Metal Tökmə və Fasiləsiz Yayma Zavodu (illik 50,000 ton məhsuldarlıq ilə)

Elektroliz zavoduna yaxın ərazidə yerləşən bu zavodun tikili sahəsi 12,240 m2 olmaqla, 6 aşırımdan ibarətdir. Layihə çərçivəsində burada 8 ədəd (4 ədəd 30 tonluq, 4 ədəd 25 tonluq) mikserlər (əritmə peçləri) və 4 ədəd metalyayma aqreqatı quraşdırılmışdır.

Eletroliz vannalarından çıxarılan maye alüminium, Metal Tökmə və Fasiləsiz Yayma Zavoduna daşınaraq, burada ildə 50 min ton - qalınlığı 6 – 10 mm, genişliyi 1000 – 1700 mm, daxili diametri 610 mm, xarici diametri 2200 mm (maks.) və ümumi ağırlığı 15.000 kg (maks.) həcmində olan rulon şəklində alüminium lövhə (vərəq) istehsal ediləcəkdir.

Uzunluğu 120 m, eni 102 m olmaqla, 12,240 m2 qapalı sahəsi var.

2. Təzyiqlə Emal (illik 35,000 ton məhsuldarlığı ilə) və Boyama (illik 15,000 ton məhsuldarlığı ilə) Zavodu

Bu zavodun ümumi ərazisi 19,602 m2-dir. Bunun 14,418 m2 hissəsi Təzyiqlə Emala, 5,184 m2 hissəsi isə Boyamaya aiddir.

Əsas avadanlıq olaraq burada quraşdırılmış soyuq yayma aqreqatı vasitəsilə 8 - 0,15 mm qalınlığında rulon və vərəq istehsal ediləcəkdir. Həmin zavodda bu aqreqatla yanaşı yan kəsmə, eninə kəsmə, uzununa kəsmə, dartıb düzəltmə, boyama aqreqatları və 3 ədəd termik emal soba da quraşdırılmışdır.

Layihənin əsas Podratçısı - bu sahədə Çin bazarının 70%-ni əhatə edən, China Non-Ferrous Metals Processing Technology Co., LTD (CNPT) şirkətidir.

Yerli tikinti işləri – yerli şirkətlər olan “As-Tikinti” MMC və “AzMetalQaynaq” MMC şirkətləri tərəfindən həyata keçirilir.

Layihənin həyata keçirilməsi nəticəsində 300-a yaxın yeni iş yerləri açılmış, orta əmək haqqı 400 manat təşkil edir. Layihə işə düşəndən etibarən alüminium yarımfabrikat məhsullarının ixracı müvəffəqiyyətlə həyata keçirilir.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »