Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

BİZİM FİKRİMİZCƏ:

Azərbaycanın təkcə neftlə deyil, digər qiymətli təbii ehtiyatlarla da zəngin olduğu hamıya məlumdur.

Alüminium-oksidi (gil-torpaq), ilkin alüminium, alunit kimi təbii ehtiyyatlar ölkənin qeyri-neft sektorunu, xüsusilə də əlvan metallurgiya sənayesini inkişaf etdirməyə imkan verir.

Ölkədə bu sahədə fəaliyyət göstərən bir neçə iri zavod mövcuddur. Lakin orada qismən bərpa edilmiş, Sovet dövründən qalmış avadanlıqlar, həmin avadanlıqlar üzrə ixtisaslaşmış mütəxəssislər çalışır və nəticədə istehsal edilən məhsullar dünya bazarının müasir tələblərinə cavab vermir.

Bu sənayenin inkişafı üçün böyük sərmayə tələb olunur. Qoyulacaq sərmayə hasilat, emal və istehsal texnologiyalarının yenilənməsinə, yeni tələblərə uyğun müəssisələrin tikintisinə və yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına sərf olunmalıdır.

BİZİM MİSSİYA:

  • Azərbaycanın əlvan metal filiz yataqlarından filiz hasil edilməsi;
  • Təbii yataqlardan hasil edilən filizin təkcə xammal kimi deyil, yarımfabrikat və hazır məhsula çevrilərək, həm ölkə, həm də dünya bazarına çıxarılması;
  • Sərmayələrin artırılması, yeni müəssisələrin tikilməsi;
  • Ən son avadanlıqların və yeni texnologiyaların istifadəsi və tətbiqi;
  • Dünya standartlarına cavab verə biləcək səviyyədə çalışan yerli mütəxəssislərin hazırlanması;
  • Azərbaycanın metallurgiya sənayesinin dünyanın aparıcı dövlətləri ilə müqayisə edilə biləcək səviyyədə inkişaf etdirilməsi;
  • Det.Al Holding-in Azərbaycanda qeyri-neft sektorunda ən böyük müəssisəyə çevrilməsi;

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »