Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

ŞİRKƏTİN XƏBƏRLƏRİ

Det.Al Holding tərəfindən tikilən Det.Al Alüminium Kompleksinin tikintisinə 2008-ci ildə start verilmişdir və Kompleksin Elektoliz Zavodu və Anod Prosesləri Zavodu 2011-ci ildən alüminium külçələrinin istehsalına başlamışdır.

Alüminium Yarımfabrikat Layihəsi çərçivəsində, Kompleksin Metal Tökmə və Fasiləsiz Yayma, Təzyiqlə Emal və Boyama zavodlarının tikintisinə isə 2011-ci ildən başlanıldı və bu iş 2013-cü ilin ikinci yarısında başa çatdırıldı. 2014-cü ilin yanvar ayının 21-də Respublika Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə bu zavodların rəsmi açılış mərasimi keçirildi və zavodlar tam istehsal gücü ilə fəaliyyətə başladı.

Kompleksin ikinci fazasının tikintisi davam etdirilir və bu prosesin də yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır.

Kompleksin Alunit Layihəsi çərçivəsində isə RUSAL VAMİ elmi tədqiqat layihələndirmə institutu ilə elmi-tədqiqat araşdırma işlərinin aparılması üçün birgə görüşlərin keçirilməsi və bu araşdırmalar üçün bizim əməkdaşların oraya ezamı kimi məsələlər planlaşdırılır.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »