Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

İLKİN ALÜMİNİUM MƏHSULLARI İSTEHSALI LAYİHƏSİ

Det.AL Holding tərəfindən tikilən Det.Al Alüminium Kompleksi hazırda, Gəncə Gil-torpaq Zavodundan alınan və idxal edilən gil-torpaqla ildə 50 min ton alüminium külçə istehsal edir.
Kompleksin tikintisinə 2008-ci ildə start verilmişdir və Kompleks 2011-ci ildən istehsala başlamışdır.

Kompleksin ikinci fazasının tikintisi davam etdirilir və bu proses yaxın gələcəkdə başa çatdırıldıqdan sonra Kompleksin illik istehsal gücü 100 min tona qədər artacaqdır.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »