Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

ALUNİT LAYİHƏSİ

Gəncə Gil-Torpaq Zavodu alunit filizinin emalına keçmək üçün 1966-1997-ci illərdə alunit filizini kompleks emal edərək alüminium oksidi, sulfat turşusu və kalium sulfat gübrəsi istehsal etmişdir. 30 ildə ümumilikdə alunit filizindən 2.095.167 ton alüminium oksidi istehsal edilmişdir. Emal prosesində alunit filizindən başqa əsas xammal hesab edilən kalium-natrium qələvisi ilə müntəzəm təmin olunmamanın və istehsal edilən məhsulların realizə edilə bilməməsinin nəticəsində 1997-ci ildə zavodun alunit xətti fəaliyyətini dayandırmışdır.

Zavodda alunit filizinin emal edilməsi üçün görüləcək işlərin həcmi, kənardan yeni alınmalı olan təzə avadanlıq və mal-materialların siyahısı və miqdarı, avtomatik idarəetmə sistemlərinin tətbiqi, mövcud avadanlıqlarda təmir-bərpa işlərinin həcmi və sair hazırlanıb qurtarmışdı. Hazırda həmin işlərin qiymətləndirilməsi işləri aparılır.

Zavodda aparılmış araşdırma və sınaq işlərinin yekununda yüksək kimyəvi çıxımların alınması onu sübut edir ki, emal üsulunun tətbiqi istehsalatı gəlirli sahəyə çevirə bilər.

Zavodda laboratoriya şəraitində aparılan araşdırma işlərində yerli filizdən, əsas məhsullardan əlavə sement istehsalı üçün klinker, bərk və maye zəy, tikinti qumu, şüşə istehsalı üçün natrium sulfat duzu alınmışdır. Hazırda bu əlavə məhsulların standartların tələblərinə uyğun olması istiqamətində işlər davam etdirilir.

Köhnə texnologiya ilə işlədikdə alınan gil-torpaq kiçik ölçüyə malik olmaqla kül şəkilli olurdu. Bu növ gil-torpaq müasir İlkin Alüminium Elektroliz zavoduna xammal kimi yaramadığından mütəxəssislər texnologiyanın elə aparılmasına çalışmışlar ki, məhsul gil-torpaq iri dənəli “SANDY” markasına uyğun olsun.

Bu məqsədlə zavod mütəxəssislərinin Türkiyə Respublikasının Seyidi şəhər Alüminium zavodunda son dövrlər aparılmış rekonstruksiya işlərinin öyrənilməsi məqsədi ilə ora ezam olunması, öyrəniləcək yeniliklərin zavoda tətbiq edilməsi zərurəti yaranmışdır.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »