Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

DET.AL ALÜMİNİUM KOMPLEKSİNDƏ QURAŞDIRILAN AVADANLIQLAR VƏ ONLARIN TƏTBİQİ

1. Soyuq Yayma Avadanlığı

Bu avadanlıq isti yayma şəraitində istehsal olunmuş 6-10 mm qalınlıqda olan alüminium rulonu soyuq şəraitdə təzyiq altında 0.2 mm-dək yaymaq (incəltmək) üçün nəzərdə tutulmuşdur.

2. Açıb Yenidən Sarıma Avadanlığı

Bu avadanlıq qalınlığı 0.25 - 2.0 mm, eni 800 - 1700 mm olan alüminium rulonu açıb yenidən sarıyaraq üzünü çevirmək və kənarlarını kəsmək üçün nəzərdə tutulub

3.Termiki Emal Sobaları

Alüminium rulonun müxtəlif nöqtələrini eyni dərəcədə qızdıraraq alüminium lövhənin emal göstəricilərini, elastikliyini artırmaq və üzərindəki yağ təbəqəsini aparmaq üçün nəzərdə tutulub.

4. Dartıb Düzləndirmə Avadanlığı

Yüksək tələblər üçün istehsal olunacaq alüminium rulonlar bu avadanlıqda açılaraq dartılıb səthi düzləşdirilir, yuyulub təmizlənir və kənarları kəsilir.

5. Eninə Kəsmə Avadanlığı

Bu avadanlıq qalınlığı 0.3-3.0 mm, eni 1000 - 1700 mm olan alüminium rulonu açaraq, lövhəsini en istiqamətində kəsmək və kəsilmiş lövhələri üst-üstə yığmaq üçün nəzərdə tutulub.

6. Uzununa Kəsmə Avadanlığı

Bu avadanlıq qalınlığı 0.2-2.0 mm, eni 1000 - 1700 mm olan alüminium rulonu açaraq, onu 20 - 1650 mm enində uzununa kəsmək üçün nəzərdə tutulub.

7. Boyama Xətti

Boyama Xətti, qalınlığı 0.2-1.0 mm, eni 700 - 1300 mm olan alüminium rulon açılaraq, kimyəvi təmizləmə, müxtəlif boyama avadanlıqları və sobalardan keçirilərək yüksək keyfiyyətdə boyanmış alüminium lövhə istehsalı üçün nəzərdə tutulub.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »