Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

TƏSİSÇİ VƏ SƏHMDARLAR

 

DET.AL HOLDING İbarət olduğu DET.AL şirkətlərinin təsisçisi və fond tutucusu kimi çıxış edir. Biznesin strateji idarə edilməsi, mənfəəti və risklərinin Holdinq üzvləri arasında bölüşdürülməsinin optimallığını təmin edir.

DET.AL METAL DMCC və onun Azərbaycandakı Nümayəndəliyi - Holdinqin alüminium sektorunun aparıcı şirkətidir. Det.Al Alüminium Kompleksinin ( Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu) mülkiyyətçisi olan DET.AL ALÜMİNİUM MMC-nin səhmdarıdır.

DET.AL ALÜMİNİUM MMC Azərbaycanın yerli şirkəti kimi, Det.Al Alüminium Kompleksinin ( Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu) mülkiyyətçisidir. Tikintinin sifarişçisi kimi çıxış edir. Torpaq sahibidir.

DET-AL STEEL LIMITED və onun Azərbaycandakı Nümayəndəliyi - Holdinqin polad sektorunun aparıcı şirkəti kimi fəaliyyət göstərmişdir və Nümayəndəlik – Holdinqin Azərbaycanda Polad layihəsinin həyata keçirilməsində  tikintinin maliyyələşdirilməsi və gələcək məhsulun bazarda yerləşdirilməsi üçün yaradılmışdır.

DET.AL LIMITED və onun Azərbaycandakı Nümayəndəliyi – Holdinqin qara metallurgiya sektorunda  fəaliyyət göstərən şirkətidir.  Qara metallurgiya sənayesində investisiya proqramı çərçivəsində investisiya qoyuluşlarını həyata keçirib, müxtəlif dövlət qurumları ilə investisiyalar imzalayıb.

DET-AL TRANS LIMITED və onun Azərbaycandakı Nümayəndəliyi Holdinq-in fəaliyyəti ilə bağlı və ümumilikdə sərbəst bazarda yüklərin yerli və beynəlxalq daşımasını və ekspedisiyasını həyata keçirmək üçün yaradılmış şirkətdir. Şirkət Daşımaçılıq və Ekspedisiya xidmətlərini Holding-in törəmə şirkəti olaraq həyata keçirir.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »