Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

MENECMENT

Det.Al Holding-də həm idarəetmədə, həm də digər vəzifələrdə dünyanın məşhur şirkətlərində işləmiş və treyninq keçmiş, xarici peşəkarlardan təlimat almış gənc, dinamik və yüksək səviyyəli təhsilə malik azərbaycanlılardır. Bu xüsusiyyət şirkətdə komanda ruhunu saxlamağa imkan verir. Məhz vahid komanda kimi fəaliyyəti holdinqə inkişaf etməyə, eyni sahədə ad çıxarmış dünyamiqyaslı şirkətlərlə rəqabət aparmağa şərait yaradır. Öz profilləri üzrə xüsusi və dərin təcrübəyə malik mütəxəssislərimiz eyni zamanda müxtəlif universitetlərdən cəlb edilmiş tələbələr üçün təhsil proqramlarının, təlimlərin və seminarların tərtib edilməsində və həyata keçirilməsində fəal iştirak edirlər. Biz bu addımımızla yeni nəzəri biliklərə sahib olaraq, müasir texnologiyalarla işləməyi bacaran yerli kadrların sayını artırmağa kömək edirik. Bununla da Det.Al Holding ölkənin kadr ehtiyatlarının artırılmasına, insan qaynaqlarının zənginləşməsinə öz töhvəsini verir.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »