Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

HOLDİNQ HAQQINDA

Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

Şirkətin baza müəssisəsi olan Det.Al Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102.000 m² ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir. Holdinqin ümumi işçi sayı isə 910 nəfərdir.

Det.Al Alüminium Kompleksinin təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ilin mart ayında qoyulmuşdur.

2011-ci ilin oktyabr ayından Det.Al Alüminium Kompleksinin ilk 50.000 tonluk istehsal gücünə malik 1-ci fazası işə başlamışdır.
2013-cü ilin may ayından etibarən Det.Al Alüminium Kompleksinin Yarımfabrikat məhsulları istehsal edən (Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama) zavodları sınaq məqsədilə fəaliyyətə başlamışdır. Zavodların rəsmi açılış mərasimi isə 2014-cü ilin yanvar ayının 21-də Respublika Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Zavodun ümumi istehsal gücü ildə 50.000 tondur. Det.Al Alüminium Kompleksinin Elektroliz zavodunun 2ci fazasının tikintisi davam edir. Yaxın gələcəkdə inşaatın başa çatdırılması planlaşdırılır.

Ondan sonrakı 3 ildə Det.Al Alüminium Kompleksinin Elektroliz zavodunun illik istehsal gücünün 200.000 tona çatdırılması, ildə 125,000 ton istehsal gücü olan Anod zavodunun tikintisi, Sumqayıt Alüminium zavodunun son texnologiyalara müvafiq olaraq yenidən qurulması və Gəncə Gil-Torpaq Zavodunun ildə 450,000 tona qədər “qumvari” gil-torpaq istehsal həcminə çatdırılması üçün zavodun yenidən qurulması, Yarımfabrikat zavodlarının bazasında müxtəlif çeşidli və təyinatlı alüminium məhsullarının istehsalı planlaşdırılır.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »