Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

ƏMƏLİYYATLARIMIZ:

İnvestisiya və menecment şirkəti kimi Det.AL Holding Azərbaycanda bir sıra sənaye müəssisələrinə sərmayə qoymuş və müvəffəqiyyətlə əməkdaşlıq etmişdir. Biz bu müəssisələrin inkişafı üçün:

  • marketinq,
  • təchizat şəbəkələrinin idarə olunması,
  • layihə menecmenti,
  • maliyyə,
  • mühasibatlıq,
  • daxili audit və nağd vəsaitlərinin idarə olunması,
  • strateji, operativ planlama və nəticələrin monitorinqi,
  • risk menecmenti,
  • insan resursları,
  • imic quruculuğu və ictimai əlaqələr,
  • prosesə nəzarət,
  • dünya standartlarına uyğunlaşmanın monitorinqi və İSO-9000 sertifikatlaşdırma prosesi sahələrində onlarla birgə iş aparmışıq.

Azərbaycan Respublikasının inkişafına inanaraq, bizim şirkət ictimaiyyətdə aktiv fəaliyyət göstərir, minlərlə Azərbaycan vətəndaşının həyat tərzinin inkişaf etməsinə kömək edir, ölkənin Ümumi Daxili Məhsulunun artırılması və dövlət büdcəsinə müxtəlif ödəmələrin artırılması üçün səylər edir, minlərlə adamın işlə təmin edilməsi üçün addımlar atır.

PRİNSİPLƏRİMİZ:

Şirkətimizdə biz xüsusilə dəyərləndiririk:

  • Əməkdaşlarımızın fərdi hüquq və maraqlarına, müştəri tələblərinə, qarşılıqlı əməkdaşlıq şərtlərinə, biznes partnyorlarının irəli sürdükləri təkliflərə və cəmiyyətə olan HÖRMƏT prinsipini;
  • Əldə edilən nəticələrə uyğun olaraq nəzərdə tutulan əmək haqqının ödənilməsi və professional şəkildə inkişaf üçün bərabər şərtlərlə ƏDALƏT prinsipini;
  • Münasibətlərdə və bizim fəaliyyətimiz üçün vacib olan informasiya təminatında DÜRÜSTLÜK prinsipini;
  • Gördüyümüz hər bir işdə maksimum səviyyədə nəticələr əldə edərək SƏMƏRƏLİLİK prinsipini;
  • Qəbul etmədiyimiz hər hansı bir məsələyə qarşı müqavimət göstərmək və eyni zamanda şəxsi qərarların nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək CƏSARƏT prinsipini;
  • Bizi əhatə edən ətraf mühit və insanları, onların həyat və sağlamlıqları üçün zərərli ola biləcək şeylərdən qoruyaraq QAYĞI prinsipini;
  • Qərarların qəbul edilməsində və məsuliyyətlə həyata keçirilməsində bizə göstərilən etimadı doğrultmaq üçün ETİBAR prinsipini.

Biz bu dəyərlərə riayət etməklə bütün biznes hədəflərimizin ən yüksək səviyyəsinə çatmaq üçün vacib olan korporativ mədəniyyət əldə etmiş olarıq. Bizim dəyərlər bizim üçün vacib hesab olunur, uğurlarımızda öz əksini tapır və bizimlə əməkdaşlıq edən hər kəsə təklif olunur. Biz dəyərlərimizdən mənfəət naminə imtina etmirik. Biz onları fəaliyyətimizin bütün sahələrində bir əlaqə vasitəsi kimi tətbiq edir və biznes tərəfdaşlarımızdan da eyni qarşılıqlı münasibəti gözləyirik.

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »