Güclü iqtisadiyyatdan güclü dövlətə doğru
Det.Al Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.

Xoş ünsiyyətli, cəld, işgüzar, analitik düşünmə və yüksək səviyyəli təcrübəyə malik insan resurslarının işə cəlb edilməsi şirkətimizin strateqiyasının vacib hissəsidir. Şirkətimizdə çalışan qabaqcıl, geniş potensiallı, kollektivimizə qatılmaq, müvəffəqiyyətli karyera qurmaq istəyən bütün namizədlərə diqqət yetirilir. Vakansiyalar haqqında məlumatı istədiyiniz zaman bu səhifədə tapa bilərsiniz.

İşə qəbul müsabiqəsində iştirak etmək istəyən namizədlər CV-lərini bizim "hr [@] detal-az.com" elektron ünvanımıza göndərə bilərlər.

Hal-hazırda aşağıdakı vakansiyalarımız mövcuddur:

-Yaymaçı;

-Krançı;

-Əsas operator;

-Köməkçi operator (rulon sarıyan);

-Səviyyə yoxlama üzrə mütəxəssis;

-Ucluq qızdıran

DET.AL Holding Şirkətinin ofisləri ilə tanış ola bilərsiniz

ətraflı »